Sosial Media Marketinq – ƏSAS QIZIL QAYDA

Fevral 28, 2023
smm
8usuhpuw6nqi30zq1u2435z6gb7bvyx0
30CM181MO0f0P92fWVMjFlTNZqzpl2gmNtwr107N

SMM NƏDİR?

İnsanların sosial mühitə bu qədər maraq göstərməsi Sosial Media Marketinqin yaranmasına səbəb oldu. Hazırda müasir dövrün əsas tələbləri sırasında SMM xüsusi yer tutur. Təsadüfi deyil ki, SMM bu günün və gələcəyin ən effektiv reklam modellərindəndir.

Sosial media platforması auditoriya ilə əlaqə saxlamaq üçün ən müasir üsuldur. Sosial media istifadəçilərinin daha diqqətli və aktiv olduğunu nəzərə alsaq bu sahənin marketinq üçün nə qədər əlverişli olduğu aşkar edilir. Lakin unutmayaq ki, sosial şəbəkələrdə auditoriyanı pulla ələ almaq mümkün deyil, onların inamını qazanaraq sayını artırmaq lazımdır. Bu baxımdan SMM-in əsas işi az miqdarda sərmayə qoyaraq lazım olan effekti əldə etməkdir.

Sosial şəbəkələrdə marketinq işinin təşkili

Sosial Media Marketinqin (SMM) əsas məqsədi istifadəçilərlə ünsiyyəti yaxşılaşdırmaq, marka görüntüsünü artırmaq və daha çox (potensial) müştəriyə çatmaqdır. Tanıtmaq üçün bir vasitə olaraq istifadə edilir. Trafikini artıran və istifadəçilərin birbaşa reaksiyalarından öyrənən bir internet marketinq növü olan SMM bütün marketinq növlərinin içərisində ən effektivli vasitədir. Onun köməyi ilə istifadəçilər müştərinin saytına daxil olaraq bloqlar, hər gün baş verən yeniliklər, forumlar və təklif edilən məntəqələr barədə məlumat toplaya bilir.

SMM, üzvi axtarış prinsipinə əsaslanır. Əsasən veb sayt və ya sosial səhifəsi daha aktiv olduqda, veb saytın axtarış motorlarında mövqeyi artır. Yəni ilk bir neçə nəticə arasında görünür. İnternetdə axtarış aparan istifadəçilərin 90%-nin axtarış motorunun ilk səhifəsindən daha çoxuna baxmır. Yalnız 70%-i yalnız ilk üç nəticəni klikləyir. Burdan belə nəticəyə gəlmək olar ki, axtarışın ilk səhifəsindəki mövqenin üstün olmağı, veb saytı optimallaşdırarkən səy göstərməli vacib hədəflərdən biridir.

Sosial Media Reklam İdarəçiliyi

Sosial media sahəsində həyata keçirilən bütün reklam və marketinq fəaliyyətləri sosial media marketinqi olaraq təyin olunur. Burada vurğulanması lazım olan yeganə amil, reklam marketinq ilə sinonim deyil, marketinq reklamında içərisinə daxil olduğu geniş bir fəaliyyət sahəsidir. Marketinq fəaliyyətləri ödənişli reklamlardan başqa fərqli üsullarla da həyata keçirilə bilir.

Sosial media hesablarını standartlara uyğun idarə edən şirkətlər, platformaların təqdim etdiyi reklam vasitələrindən istifadə edərək onları sosial şəbəkələrdə izləməyən istifadəçilərlə də ünsiyyət qura bilərlər. Sosial Media Marketinqi prosesini həyata keçirərkən xərc baxımından diqqətdə saxlanılması lazım olan fəaliyyət ilk olaraq reklamdır. Peşəkar reklam qrupları ilə işləmək, doğru nümunəni seçmək, uyğun şəkildə reklam etmək və təsir yaratmaq üçün doğru yanaşmadır.

“PRIMA Consulting” şirkətinin təklif etdiyi təlimlərdə öyrənəcəyiniz mövzularla siz, müasir dövrün tələbatı olan Sosial Media Marketinq sahəsində əlavə iş qazanıb, karyerarınızı bu sahədə inkişaf etdirə biləcəksiniz!

MƏKANLARIMIZBizi harada tapmaq olar
https://prima.az/wp-content/uploads/2021/12/footer-map.png
ƏLAQƏBizi sosial şəbəkədən izləyin
Sizə daha çevik məlumat təqdim etmək üçün bizimlə sosial şəbəkə üzərindəndən əlaqə qurun!
AVANTAGEHeadquarters
Organically grow the holistic world view of disruptive innovation via empowerment.
MƏKANLARIMIZBizi harada tapmaq olar
https://prima.az/wp-content/uploads/2019/04/img-footer-map.png
ƏLAQƏAvantage Social links
Sizə daha çevik məlumat təqdim etmək üçün bizimlə sosial şəbəkə üzərindəndən əlaqə qurun!

Prima tərəfindən bütün hüqüqlar qorunur.

Prima tərəfindən bütün hüqüqlar qorunur.