HR mütəxəssisi müəssisədə insan kapitalının formalaşması və inkişafına təkan verməklə şirkətin ümumi hədəflərinə çatmaqda strateji dəstək verən şəxsdir. Yüksək istehsal performansının əldə edilməsi işçi qüvvəsindən, bu performansın qorunub saxlanılması işçilər arasındakı əlaqələrdən, davamlı olması kadr təminatının uyğunluğundan və bütün bunlar isə insan resurslarının bir HR mütəxəssisi tərəfindən düzgün şəkildə idarə edilməsindən asılıdır.
İnsan resurslarının idarə olunması nədir?
İnsan Resurslarının idarə edilməsi, hal-hazırda standart kadr menecmenti anlayışının yerinə istifadə edilən müasir bir termin olmasına baxmayaraq, bir çox mütəxəssis və tədqiqatçıya görə isə bu termin kadr menecmenti anlayışından əsaslı şəkildə fərqlənir.
İnsan resurslarının idarə edilməsinin əsas məqsədi müəssisədə məhsuldarlığın artırılması və əmək şəraitinin keyfiyyətinin yüksəldilməsi yolu ilə rəqabət üstünlüyünün təmin edilməsidir. HR-nin vəzifəsi şirkətin məqsədini və strategiyasını müəyyənləşdirməkdən başlayır. İnsan bir qaynaqdır bir nəticə deyil. Şirkət tərəfindən çatmaq istənilən hədəf doğru müəyyən olunarsa, həm doğru insanları seçmək, həm də bir məqsəd uğrunda şirkət olaraq hərəkət etmək çox daha asan olacaq.
İnsan Resursları şirkətin bütün işçilərinin bilik, bacarıq, təcrübə, xarakter və performanslarıyla bərabər ortaya qoyduqları bütün işlərin cəmidir. İnsan qaynağı şirkətin ən dəyərli qaynağıdır. İnsan resurslarının idarə olunması isə müəssisələrin işə qəbul və daha münbit insan qaynağı yaratması ilə bərabər mövcud olan insan qaynağını ən səmərəli və effektiv şəkildə istifadə edə bilməsidir.
İş buraxma, iş yerinin dəyişdirilməsi, iş qəzaları və peşə xəstəlikləri, müştərilərin şikayətləri, fərdlərin komandada işləmək bacarığının aşağı olması insan resurslarının idarə olunmasında bəzi nöqsanların olduğundan xəbər verir. İnsan resurslarını idarə edənlər bu nöqsanları vaxtında araşdırmalı, səbəbləri müəyyənləşdirib aradan qaldırmalıdırlar. Əks təqdirdə təşkilatın əmək məhsuldarlığı, rəqabət qabiliyyəti, müştəri məmnuniyyəti aşağı düşəcək, zərərləri isə böyüyəcəkdir.
Əvvəlki dövrlərdən fərqli olaraq bu gün insan resurslarını idarə edə bilən şəxsin əməyi strateji hesab olunur və əmək bazarında ən çox ödənilən peşələrdən biri kimi qiymətləndirilir. Çünki, rəhbər şəxslər anlayırlar ki, böyük maliyyə vəsaitləri sərf etsələr və ən nüfuzlu yerlərdə ofislər açsalar, bahalı avadanlıqlar alsalar da insan resursları zəifdirsə və yaxud peşəkarlar başqa iş yerlərindən təkliflər aldıqda çıxıb gedirlərsə, işçi məmnuniyyəti aşağıdırsa təşkilat qarşısına qoyduğu hədəflərə nail ola bilməyəcəkdir.
“Prima Consulting”in təklif etdiyi təlimlərdə HR təlimi əmək haqqı və məzuniyyətin hesablanması, işə qəbul prosesi, kargüzarlıq və s. kimi əsas mövzuları əhatə etməklə əmək qanunvericiliyi əsasında, həm nəzəri, həm də praktiki şəkildə tədris olunur.