“Prima Consulting” şirkətinin təşkilatçılığı ilə təhsil tələbə kreditindən yararlanmış tələbələrin bu sahədə təklif və rəyləri öyrənilib. Ölkənin bütün regionlarını əhatə edən ictimai sorğuda 6 min tələbə iştirak edib.
"Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı ictimai sorğu" layihəsində 20-dən çox könüllü iştirak edib.
Könüllülərin təltif olunması mərasimində çıxış edən “Prima Consulting” şirkətinin baş direktoru Cəmilə Mənsimova onlara təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra layihədə fəal iştirak edən könüllülərə Sertifikatlar təqdim olunub.