TTKF-də bir sıra təhsil ekspertləri, QHT və konsaltinq şirkətin nümayəndələri ilə görüş keçirilib

Dekabr 9, 2022
TTT_7821
318976755_462729516005209_1233320058153078685_n
319136025_462729502671877_7584874640402819632_n
318626415_462729419338552_620818024330552603_n
319270742_462729236005237_3636214408266930974_n
319203307_462729382671889_6368319222740386710_n
318766067_462729216005239_1393049543697838129_n
318816561_462729186005242_6035989029427341929_n
319328891_462729362671891_5903321471122423115_n
318961034_462729179338576_7828070402466551894_n

Təhsil Tələbə Kredit Fondunda ölkəmizdə fəaliyyət göstərən bir sıra təhsil ekspertləri, QHT və konsaltinq şirkətin nümayəndələri ilə görüş keçirilib.
Fondun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları, təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə ətraflı məlumat verib.
Qarşılıqlı diskusiya formatında keçirilən görüşdə tələbələrin mövcud sistemdən daha çox yararlana bilmələri üçün bir sıra maraqlı təkliflər səsləndirib.TTK-dən subbakalavr, qiyabi, eləcə də xaricdə təhsil alanların da istifadə edə bilməsinin arzu olunan olduğu qeyd olunub. Bundan başqa maarifləndirmə görüşlərinin ali təhsil müəssisələri ilə paralel, orta məktəblərdə də təşkil edilməsinin vacibliyi vurğulanıb.
Ekspertlər yaradılan bu imkanın tələbələrin motivasiyasını artıracağını, təhsilin keyfiyyətinə müsbət təsir edəcəyini bildiriblər. Görüş zamanı beynəlxalq təcrübədən danışılıb, suallar cavablandırılıb, qeyd olunan təkliflər ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Fond əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli fərmanı ilə yaradılıb.

MƏKANLARIMIZBizi harada tapmaq olar
https://prima.az/wp-content/uploads/2021/12/footer-map.png
ƏLAQƏBizi sosial şəbəkədən izləyin
Sizə daha çevik məlumat təqdim etmək üçün bizimlə sosial şəbəkə üzərindəndən əlaqə qurun!
AVANTAGEHeadquarters
Organically grow the holistic world view of disruptive innovation via empowerment.
MƏKANLARIMIZBizi harada tapmaq olar
https://prima.az/wp-content/uploads/2019/04/img-footer-map.png
ƏLAQƏAvantage Social links
Sizə daha çevik məlumat təqdim etmək üçün bizimlə sosial şəbəkə üzərindəndən əlaqə qurun!

Prima tərəfindən bütün hüqüqlar qorunur.

Prima tərəfindən bütün hüqüqlar qorunur.