Bakı, Sumqayıt, Gəncə, Şəki və Lənkəranda təşkil edilən sorğularda ümumilkdə 350 nəfərdən çox respondent iştirak edib. TTK-dən yararlanmış tələbələrin valideynləri, təhsil müəssisənin əməkdaşları və vətəndaşlarla keçirilən görüşlərdə maraqlı fikir və tövsiyyələr səsləndirilib. Fokus-qrup zamanı respondentlərin sualları cavablandırılıb, irəli sürülən təkliflər ətrafında müzakirələr aparılıb. Bundan əlavə müxtəlif sahələrdə fəaliyyət göstərən 15-ə yaxın ekspertdən keyfiyyət əsaslı tədqiqat rəyi alınıb.
Qeyd edək ki, “Prima Consulting” şirkəti "Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı ictimai sorğu" layihəsini həyata keçirir. Məqsəd təhsil tələbə kreditdən yararlanmış tələbələrdən, onların valideynlərindən, təhsil müəssisələrinin nümayəndələrindən, vətəndaşlardan, eləcə də ekspertlərdən TTK-nin səmərəsi barədə məlumat almaq, onun əlçatanlığının, müraciət olunmasında bərabər imkanların yaradılmasının qiymətləndirilməsidir.
Sorğunun ölkənin bütün ərazilərini əhatə etməsi nəzərdə tutulub.