Öz brendini yarat - BRENDİNQ

Mart 16, 2023
personal-branding-810x455-1
brand-featured
bbbb

Şirkətlər bazarda digər müəssiələrdən məhz öz tərzləri ilə fərqlənir və unikallığı ilə tanınırlar. Bu baxımdan hər bir şirkətin ən dəyərli qeyri-maddi aktivlərindən biri onun brendidir. Brend sizin istehsal etdiyiniz məhsulun, göstərdiyiniz xidmətin, təqdim etdiyiniz konseptin sizə rəqib olan digər şirkətlərdən fərqləndirilməsi və seçilməsi üçün firmalar tərəfindən yaradılmış adı, görünüşü, loqosu və şüarı olan bir marketinq vasitəsidir.

Brendin dəyərinin lazımi qaydada idarə olunması marketinqin ən önəmli vəzifəsidir. Bura şirkətin nə üçün fəaliyyət göstərdiyi ideyası, vizyonu, dəyərləri, hədəf kütləsi, unikal korporativ üslub və digər "abstrakt" səslənə biləcək məsələlər daxildir. Bütün bunlar müştərilərinizin şirkətiniz ilə əlaqə zamanı yaşadığı təcrübəyə və təəssürata təsir edir. Bu səbəbdən, brend strategiyasına ilkin qaydada həssas yanaşmaq zəruridir və onu diqqətlə nəzərdən keçirmək lazımdır.

Şirkət yaradarkən təbii ki, ilk olaraq ona ad seçimindən başlamalıyıq. Şirkətin adı fəaliyyət sahənizi mümkün qədər əks etdirməlidir. Ad seçimi edərkən diqqətli olmalı və şirkət gələcəyini fikirləşməlisiniz. Əks təqdirdə yanlış ad seçimi irəlidə özü ilə bərabər problemlər də gətirə bilər. Təəssüf ki, bir çox yerli şirkətlər brend strategiyasını biznesin strateji hissəsi kimi dəyərləndirmir. Bir çoxu bunun üzərində, ümumiyyətlə, çalışmır. Bu da nəticədə mənfi fəsadlara gətirib çıxarır.

Brend yaradılarkən biznes strategiyasının ən önəmli aspektlərindən olan Brendləşmə ortaya çıxır. Brendləşmə isə özündə brendin yaranmasını əks etdirən proses olub brendin mövqeyini, adını, sponsorunu və inkişafını özündə əks etdirən prosesdir. Brendləşmə prosesinin düzgün qurulmağı brendin formalaşmasında əsas faktordur və brend mövcud olduğu müddətdə bu davam edir. Çünki brendləşmə rəqabətə qarşı davamlı avantaj əldə etmək üçün bir açardır, hansı ki müştərinin nəzərində bir şəkil yox, bir dəyər formalaşdırmalıdır.

Brendinq uzunmüddətli "sərmayə"dir və şirkətlər üçün çox vacib bir amildir. Marketinq strategiyasından fərqli olaraq, brend strategiyası tez-tez dəyişdirilməməlidir. Onun başlıca məqsədi hədəf kütlənizə marka vədinin uzun bir dönəmdə stabilliyini təmin etməkdir. Brend strategiyası bütün təmas nöqtələrində (Customer Touch Points) vahid olmalıdır. Bu müştərilərdə yarana biləcək çaşqınlığı aradan qaldıracaq, marka quruluşunu (bir neçə markanın fəaliyyət göstərməsi nəzərdə tutulursa) aydın izah edəcək və, beləliklə, şirkətin yalnız məhsul baxımından deyil, dəyər baxımından da müştərilərə nə vədd etdiyini aydın göstərəcəkdir.

Lakin brendləşmə prosesi həyata keçirərkən etik qaydalardan məhsuliyyətli olduğunuzu da nəzərdən qaçırmayın. Çünki etik qaydalara riayət etmədiyiniz təqdirdə tənqidlərə məruz qala bilərsiniz. İstehlakçılara məhsulunuz və ya xidmətiniz haqqında doğru və dolğun məlumat vermədiyiniz halda, məhsulunuzun etibarlılığını təmin etmədiyinizdə, təqdimatınızla məhsulunuzun keyfiyyəti assimmetrik olduğu və s. hallarda etik qaydaları pozmuş və müştəri gözündəki etibarınızı itirmiş olacaqsınız. Bu da brenləşməyiniz üçün göstərdiyiniz səylərin heçə getməsi deməkdir.

Brendiniz ən önəmli aktivlərinizdəndir. Bizim peşəkar brend araşdırmalarımız sektorunuzda ən yaxşı olmağa - dəyər, loyallıq yaratmağa və böyüməyə kömək edəcək.

MƏKANLARIMIZBizi harada tapmaq olar
https://prima.az/wp-content/uploads/2021/12/footer-map.png
ƏLAQƏBizi sosial şəbəkədən izləyin
Sizə daha çevik məlumat təqdim etmək üçün bizimlə sosial şəbəkə üzərindəndən əlaqə qurun!
AVANTAGEHeadquarters
Organically grow the holistic world view of disruptive innovation via empowerment.
MƏKANLARIMIZBizi harada tapmaq olar
https://prima.az/wp-content/uploads/2019/04/img-footer-map.png
ƏLAQƏAvantage Social links
Sizə daha çevik məlumat təqdim etmək üçün bizimlə sosial şəbəkə üzərindəndən əlaqə qurun!

Prima tərəfindən bütün hüqüqlar qorunur.

Prima tərəfindən bütün hüqüqlar qorunur.