Yeni biznesin uğur qazanması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də yeni məhsul və xidmətlərin yaradılması zamanı bu sahədə tələbatın, müştərilərin, rəqiblərin, satış şəbəkəsinin və s. bu kimi məlumatların öyrənilməsi önəmlidir. Bu istiqamətdə bazar araşdırmaları əhəmiyyətli məlumat mənbəyi hesab olunur. Bazarın araşdırılması həm də sahibkarın risklərini azaldır, eləcə də fəaliyyətini düzgün istiqamətdə qurmağa və genişləndirməyə dəstək olur.
Bazar araşdırması nə üçün lazımdır?
Bazar araşdırması bir şirkətin uğuru üçün çox vacib olsa da, büdcə ayırmaq məsələsinə gəldikdə bir çox şirkət bunu bir maddi yük olaraq görür. Keyfiyyətli bazar araşdırması həmişə ucuz başa gəlməsə də, sadəcə marketinq üçün yox, bütünlüklə şirkət üçün çox əhəmiyyətlidir. Faydaları xərci üstələyir. Burada sadəcə olaraq, xərclənən maddi vəsaitə investisiya kimi baxmaq lazımdır. Bəzi şirkətlər bazar araşdırmalarının olmamasını və ya qeyri-kafi araşdırmasının olmasını şirkəti riskə atdığını başa düşür. Lakin digərləri isə hələ də, bazar araşdırmasına maliyyə ayırmamaq üçün ciddi səylər sərf edir. Bunun əhəmiyyətini bilmək üçün sadəcə olaraq keyfiyyətli bazar araşdırmasından istifadə etməklə necə uğurlu nəticələr əldə edildiyini görmək lazımdır.
Bazar araşdırması, müştərilərin tələbləri və istəkləri haqqında məlumat toplamaq, bu məlumatları təhlil etmək və məhsulun-xidmətin inkişafı üçün nəticələri tətbiq etməkdən ibarət sistematik bir prosesdir. Bazar araşdırmalarında təhlillərlə yanaşı statistik metodlardan da istifadə oluna bilər. Bunun sayəsində məhsulunuzu və ya xidmətinizi müştərilərə uyğun şəkildə hazırlaya bilərsiniz.
Bazar araşdırmasından satışları artırmaq üçün istifadə etmək
Bazarı anlamaq yaxşı bir satış planı hazırlamaq üçün ilk addımınızdır. Bazarı anlamaq üçün isə bazar araşdırması etmək lazımdır. Yəni, effektiv satış planı bazar araşdırmalarına söykənir. Satışda uğurlu olmaq üçün sadəcə nə satdığınızı bilmək kifayət etmir. Eyni zamanda ümumi mənzərə, rəqabət və trendlər də daxil olmaqla bazarın özünü öyrənməlisiniz. Mövcud olduğu təqdirdə, bazarın əsas oyunçularıı və onların hərəkətlərindən daim xəbərdar olan bazar araşdırması satışa ciddi bir dəstək verir.
Bazar araşdırması necə istifadə edilməlidir?
Bazar araşdırması yalnız mövcud fikir və qərarlarınızı dəstəkləmək üçün deyil, qərarlarınıza istiqamət vermək üçün edilməlidir. Güvənilən araşdırma şirkətinin sizin şirkətinizə özəl hazırladığı hesabat nəticəsində strateji planlanlarınızda dəyişikliyə vadar edəcək tapıntılar ortaya çıxa bilər. Nəticələr sizə “Xeyr, bu sektora girilməməlidir”, “Bu şirkətə yatırım edilməməlidir” deyə bilər. Araşdırma zamanı və sonrasında açıq fikirli və bitərəf olmaq ən önəmli kriteriyalardandır. Araşdırma nəticələrinin əvvəldən müəyyən edilən fikirlərə uyğun hala gətirilməyə çalışılması isə mütləq mənfi nəticələrə gətirib çıxaracaqdır.
Bazar araşdırması aşağıdakı məlumatları özündə əks etdirir:
- Bazar iştirakçıları və bazar payları
- Bazarın mikro və makro göstəriciləri, bazara giriş və çıxış maneələri
- Məhsul-xidmət sahəsində mövcud trendləri
- Hədəf auditoriyasının demoqrafik və coğrafik göstəriciləri, istək və tələbləri
- Alıcının qərarına təsir edən amilləri
Marketinqin əvəzolunmaz vacib elementi haqqında daha çox bilgi əldə etmək istəyirsinizsə bizim təlimlərimizə qatılmağınız kifayətdir.