Müasir bazar şəraitində müştərilərin tələb və gözləntilərinə cavab verən keyfiyyətli
məhsulların istehsalı və xidmətlərin göstərilməsi beynəlxalq standartlara əsaslanan
idarəetmə sistemlərinin qurulması və effektiv fəaliyyətinin təmin edilməsindən çox
asılıdır.
ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi müştərilərin gözləntilərinə, ehtiyaclarına və
tənzimləyici tələblərinə cavab verərək müştəri məmnuniyyətini artırmağı nəzərdə
tutan, dünya səviyyəli qəbul edilmiş keyfiyyət idarəetmə sistemidir.Bu standartın
məqsədi səhvləri və qüsurları azaltmaq, aradan qaldırmaq və daha da önəmlisi,
qarşısını almaqdır. Keyfiyyət İdarəetmə Sistemi fəaliyyət prosesində Kim? Harada?
Nəyi? Necə? Nə vaxt? Hansı formada? Nə üçün? etməlidir suallarına doğru və
operativ cavab tapılması üçün tətbiq olunur.
Əgər siz də karyeranızı bu sahədə inkişaf etdirmək istəyirsinizsə bizim təlimlərimizə
qoşula bilərsiniz. Təlim sizə keyfiyyəti idarəetmə üzrə biliklərinizi daha da inkişaf
etdirməyə və işlədiyiniz müəssisənin idarəetmə sisteminin effektivliyini artırılmasına
xidmət edəcək şəkildə tətbiq etməyə yardım edəcəkdir.