HR mütəxəssisi müəssisədə insan kapitalının formalaşması və
inkişafına təkan
verməklə şirkətin ümumi hədəflərinə çatmaqda strateji dəstək verən şəxsdir.
Yüksək istehsal performansının əldə edilməsi işçi qüvvəsindən,
bu performansın qorunub saxlanılması işçilər arasındakı əlaqələrdən,davamlı olması
kadr təminatınınuyğunluğundan və bütün bunlar isə insan resurslarının bir HR mütəxəssisi
tərəfindən düzgün şəkildə idarə edilməsindən asılıdır.
HR təlimi əmək haqqı və məzuniyyətin hesablanması, işə qəbul prosesi, kargüzarlıq
və s.
kimi əsas mövzuları əhatə etməklə əmək qanunvericiliyi əsasında,
həm nəzəri,
həm də praktiki şəkildə tədris olunur.
Bütün əsas prinsipləri ön planda saxlamaqla HR təlimimiz:
- İnsan Resurslarının Planlaşdırılması,
- İşə Qəbul Prosesi,
- Müqavilələr və onların hazırlanması,
- Kadrların fəaliyyətinin qiymətləndirilməsi,
- Əmək Haqqının hesablanması,
- Əmək şəraitinin yaxşılaşdırılması üzrə texnikaların işlənib hazırlanması,
- İşçinin Motivasiyası,
- Məzuniyyət,
- HR üzrə Kargüzarlıq,
- Dövlət tərəfindən tələb edilən hesabat formalarının hazırlanması və göndərilməsi,
- Elektron Hökümət Portalı və aparılan bütün elektron əməliyyatlar,
- İcbari Sığorta, İSB-də müvafiq dəyişikliklərin izlənilməsi və icrası,
- Sosial Sığorta şəhadətnaməsinin açılması,
- Əmək Məcəlləsi və Texniki təhlükəsizlik qaydaları üzrə anlayışlar və s. kimi
mövzuların tədrisini əhatə edir.