2013-cü ildən fəaliyyətə başlayan və ötən dövr ərzində bir çox yeniliklərə imza atan “PRIMA Consulting” rebrendinq prosessi çərçivəsində şirkətin yeni loqosunu təqdim edib. Bu, fəaliyyət sahələrini və əhatə dairəsini genişləndirən şirkətin artıq yeni bir inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir. Rebrendinq həmçinin şirkətin vizual imicinə və xidmətlərinə gətirdiyi yenilikcil yanaşmadır. Məqsəd peşəkar biznes xidmətləri və sahibkarların bu sahə ilə bağlı problemlerinin daha təkmil və innovativ həllər ilə aradan qaldırılmasına nail olmaqdır. “PRIMA Consulting”in rəhbərliyinin sözlərinə görə, şirkət partnyorlarına ən düzgün qərarları verməsinə yardımçı olaraq, onların biznes strategiyasının formalaşdırılmasına və inkişafına dəstək verir. “PRIMA Consulting”in direktoru Cəmilə Mənsimova: “Təbii ki, zaman keçdikdə yenilənməyə, təkmilləşməyə ehtiyac yaranır. Biz rebrendinq etməklə müştərilərimizə də bu dəyişiklikləri hiss etdirməyə çalışırıq. Rebrendinq şirkəti inkişafa aparan bir prosesdir və bunun nəticəsində biz peşəkar komanda olaraq korporativ və fərdi müştərilərimizə daha çevik və keyfiyyətli xidmətlər təqdim edəcəyik”. “Brandbook”nu da tamamilə yeniləyən “PRIMA Consulting” konsaltinq və təlim şirkətidir. Devizi “hər bir müştəriyə peşəkar yanaşma” olan şirkət öz biznesini yaratmağa başlayan (startap) və onu uğurla həyata keçirən hər kəsə öz xidmətlərini təklif edir. “PRIMA Consulting“ göstərdiyi xidmətlərin keyfiyyətinə və konfedensiallığına təminat verən, müştəriləri ilə münasibətlərini etibarlılıq, peşəkarlıq və qarşılıqlı məmnunluq dəyərlərinə əsaslanaraq quran şirkətdir.