SƏTƏM nədir və nə üçün vacibdir ?
PRIMA Consulting Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi
(SƏTƏMM) sahəsndə spesifik mövzularda yerli qanunvericiliyin və beynəlxalq
standartların tələblərinə uyğun nəzəri və praktiki təlimlərin keçirilməsini təklif edir.
Təlimin məqsədi bütün işçilərə öz iş yerlərində təhlükəsiz işləməyə, o cümlədən digər
işçilərə risk yaratmadan aşağıdakı bəndlər üzrə bilik və məlumat səviyyəsini
artırmaqda
yardımçı olacaqdır.
Təlim zamanı öyrənəcəksiniz:
- SƏTƏM strategiyası, ən önəmli hadisələr və təhlükəsizlik prosedurları,
- Qanunvericilik və digər hüquqi normativ aktlar,
- Siyasətlər, Prosedurlar və təlimatlar haqqında məlumatlar,
- Təhlükəsiz iş sistemi və işə icazə,
- Təhlükələrin müəyyən olunması və riskin qiymətləndirilməsi,
- Fövqəladə Hallar (FH) və onların növləri,
- FH zamanı cavabdeh şəxslərin vəzifə borcları,
- FH zamanı ümumi həyəcan siqnalının verilməsi,
- FH zamanı işçi heyətin təxliyyə olunması və FH zamanı məruzə qaydası.