Konsaltinq (məsləhət vermə) - öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən xidmət növüdür. Konsaltinq şirkəti (konsultant) müəyyən müddətdə müştərisinin gəlirini həmin gəlirdən müəyyən % əldə etməklə artırmağa dair öhdəlik götürür. Bu xidmət müştəri-təşkilatların idarəetmə, iqtisadi, maliyyə, sərmayə fəaliyyəti, strateji planlaşdırma, şirkətin ümumi fəaliyyəti, biznesin aparılması, satış bazarlarının araşdırılması və proqnozlaşdırılması və. s kimi məsələlərini həll edir.
Başqa sözlə desək, konsaltinq bu və ya digər problemin həllində xarici konsultantlar tərəfindən göstərilən yardımdır. Konsatlinq xidmətimizdən istifadə edərək biznesinizdə iş keyfiyyətinin yaxşılaşdırılmasına, fəaliyyət effektivliyinin təkmilləşdirilməsinə, əməyin individual səmərəliliyinin artırılmasına və digər müsbət nəticələrə nail ola bilərsiniz.