Təlimçi-ekspertimiz Rauf Əliyev müxtəlif gənclər təşkilatlarında və layihələrdə 8 il könüllü fəaliyyət göstərib, 100-ə yaxın layihənin iştirakçısı, 30-a yaxın layihənin əsas heyətinin üzvü olub. Təlimçimiz 8 layihənin koordinatoru, 20-yə yaxın layihənin isə ideya müəllifidir.Təlimçilik fəaliyyətinə 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər arasında Mübadilə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gənc Təlimçilər Məktəbi-2” layihəsində “Təlimçilər üçün təlim-məşq” (TOT) kursunu uğurla bitirərək başlamışdır. Tədris etdiyi təlim modullarına “Komanda quruculuğu”, “Step by Step inkişaf modulu”, “Layihələrin yazılması və idarə olunması”, “Tədbir planlama – “TO DO” konsepti”, “Bazar araşdırması üsulları və tətbiqi”, “Fandreyzinq-maliyyələşmə mexanizmləri”, “Biznes planın hazırlanması”, “Müştəri tipləri və onlarla işləmə yöntəmi”, “Ekoloji monitorinq”, “Tullantıların təkrar emalı”, “Ekoturizm”, “Kənd turizminin konseptual modeli”, “Eko təhsil – Ekoloji mədəniyyət” və s. təlim mövzuları daxildir.