Cəmilə Eldar qızı Mənsimova 11 mart 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-ci ildə Azərbaycan Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib. Əmək fəaliyyətinə 2004-cü ildə QSC “Bank Standard” Kommersiya Bankında başlayıb. 2004-cü ilin aprel ayından 2012-ci ilin may ayınadək Bankda çalışmış, 2015-ci ilin fevral ayından – 2019 cu ilin avqust ayınadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu qeydiyyat şöbəsində, 2020-ci ilin fevral ayından – 2021-ci ilin mart ayınadək “Adore Kompani” MMC-də çalışıb. 10 mart 2021-ci il tarixdən “Prima Consulting” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan, ingilis, rus və türk dillərində sərbəst danışır. Ailəlidir, iki övladı var.