Toğrul Quluzadə Belçikanın Gent Universitetinin magistr dərəcəsi və Almaniya Beynəlxalq Ticarət Arbitraj Akademiyasının məzunudur. O, beynəlxalq hüquqşünas və Azərbaycan Vəkillər Kollegiyasında vəkildir, korporativ, investisiya və kommersiya/biznes hüququ, o cümlədən biznes/kommersiya məsələləri üzrə məhkəmələrdə təmsilçilik sahəsində ixtisaslaşmışdır. O, həmçinin London Beynəlxalq Arbitraj Məhkəməsində (LCIA) beynəlxalq arbitrdir. Eyni zamanda, 3 müxtəlif universitetdə MBA və Hüquq tələbələri üçün hüquq üzrə mühazirələr oxuyur. O, hüquqi məsləhət və biznes/kommersiya hüququ, investisiya hüququ ilə bağlı qanun layihələrinin hazırlanması üçün Aİ, AİB layihələrində ekspert kimi iştirak etmişdir. Bir neçə dildə danışır: Azərbaycan, ingilis, rus, türk və fransız dillərində