Azәrbaycan Respublikasının Prezidenti yanında Dövlәt İdarәçilik Akademiyasının Dövlәt vә Bәlәdiyyә idarәedilmәsi fakultәsinin İnzibati İdarәetmә ixtisası üzrә tәhsil alıb. Müxtәlif tәşkilat vә qurumlarda 6 il, orta vә ali tәhsil ocaqlarında 7 il, Kütlәvi Informasiya Vasitәlәrindә vә Bizbes qurumlarda fәaliyyәt göstәrib vә layihәlәrә rәhbәrlik edib. Ünsiyyәt texnologiyaları, inandırma, araşdırma vә eksperiment üsulları ilә geniş mәşğul olur. Verbal vә qeyri – verbal siqnalların öyrәnilmәsi üzrә tәcrübәlәr hәyata keçirir. Müasir tәdris modellәrinin tәtbiqi ilә mәşğuldur. 1997-ci ildәn etibarәn sosioloji vә marketinq araşdırmaları, 2001-ci ildәn etibarәn isә tәdris sahәsinin öyrәnilmәsi ilә mәşğuldur. Beynәlxalq Marketinq Araşdırmaları şirkәtinә rәhbәrlik edib. Tәlimçilik fәaliyyәtinә 2001-ci ildәn başlayıb. “Ünsiyyәt texnologiyaları”, “Time-menecment”, “Tәşkilatın inkişaf patologiyaları”, “Stres menecment”, “Tәhsilin proseslәrinin strateji idarәolunması”, “Natiqlik sәnәti”, “Fәrdi inkişafın әsasları” vә bir sıra digәr tәlim modullarını reallaşdırıb, müәllifidir.