Layihənin idarə olunması, müvəffəqiyyətli bir layihəni həyata keçirmək üçün diqqətlə planlaşdırılmış və təşkil olunmuş fəaliyətdir. Layihə meneceri olmadan heç bir layihə uğurla həyata keçirilə bilməz. Komandanı formalaşdıran və əlaqələndirən, tapşırıqları bölüşdürən və onların yerinə yetirilməsi metodologiyasını müəyyən edən, məhz bu şəxsdir.
Yaxşı bir layihə meneceri, bir layihəni bir yerdə tutan, keyfiyyətə və hədəflərə vaxtında və müəyyən olunmuş büdcədə çatmağı təmin edən şəxsdir.
Təklif etdiyimiz təlim proqramı peşənin hərtərəfli inkişafını nəzərdə tutur. Təlimdə iştirak etməklə Siz, beynəlxalq standardlara uyğun olaraq müxtəlif tipli layihələrin planlaşdırılması, idarə olunması, layihənin mərhələləri və ardıcıllıqları, planlaşdırılması və qiymətləndirilməsi, keyfiyyətin yoxlanılması, layihədə yarana biləcək konfiliktlərin idarəolunması və aradan qaldırılması, risklərin müəyyən olunması və idarəolunması, layihəyə lazımi resursların cəlb olunması və idarəolunması, kommunikasiyanın təşkili və idarəolunması, layihə hesabatlarının hazırlanması və izlənilməsi kimi vacib məsələləri öyrənə və praktikada tətbiq edə bilmək bacarıqlarını əldə etmiş olacaqsınız.