“PRIMA Consulting” şirkəti Şəkidə “KOB Fest” sərgi-satış yarmarkasını keçirdi

İyul 22, 2022
12
4
5
7
6
9

İyul ayında “PRIMA Consulting” şirkətinin təşkilatçılığı ilə Şəki şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub

 

Xan sarayının ərazisində keçirilən “KOB Fest”də Şəki şəhəri və ətraf rayonlardan olan KOB subyektləri tərəfindən bölgəyə xas olan sənətkarlıq nümunələri, o cümlədən dulusçuluq, şəbəkə sənəti, papaqçılıq, misgərlik nümunələri, müxtəlif əl işləri, Şəki şirniyyatları, arıçılıq məhsulları, alkoqolsuz içkilər, konservləşdirilmiş məhsullar, yüngül sənaye məhsulları nümayiş olunub və satılıb. Ümumilikdə yarmarkada 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1500-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri sərgilənib. Festival müddətində taxta üzərində oyma sənəti, origami və s. kimi sahələri üzrə master-klasslar, mədəni-əyləncəli proqram da təşkil olunub.
“KOB Fest”in məqsədi mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.

MƏKANLARIMIZBizi harada tapmaq olar
https://prima.az/wp-content/uploads/2021/12/footer-map.png
ƏLAQƏBizi sosial şəbəkədən izləyin
Sizə daha çevik məlumat təqdim etmək üçün bizimlə sosial şəbəkə üzərindəndən əlaqə qurun!
AVANTAGEHeadquarters
Organically grow the holistic world view of disruptive innovation via empowerment.
MƏKANLARIMIZBizi harada tapmaq olar
https://prima.az/wp-content/uploads/2019/04/img-footer-map.png
ƏLAQƏAvantage Social links
Sizə daha çevik məlumat təqdim etmək üçün bizimlə sosial şəbəkə üzərindəndən əlaqə qurun!

Prima tərəfindən bütün hüqüqlar qorunur.

Prima tərəfindən bütün hüqüqlar qorunur.