Əfqan Səfərli Naxçıvan Dövlət Universitetinin 2007- ci ildə İqtisadiyyatın tənzimlənməsi fakultəsini bitirib. 10 ilə yaxın mühasibatlıq sahəsi üzrə iş təcrübəsinə malik olan təlimçimiz bir çox dövlət və özəl sektor sahələrində, QHT-lərdə mühasib kimi fəaliyyət göstərib.2017-ci ildə Beynəlxalq Maliyyə Hesabatları Standartları (DIPFR) sertifikatna sahib olub. ACCA sertifikatına sahib olan Əfqan Səfərli təlimçilik fəaliyyəti üzrə 4 illik təcrübəyə sahibdir. Hal- hazırda təlimçiliklə bərabər SA Consulting MMC-nin təsisçi direktoru olaraq peşəkar fəaliyyətini davam etdirir.