Sahə tədqiqatları çərçivəsində paytaxtda və bölgələrdə fokus-qrup müzakirələri keçirilib
Bakı, Sumqayıt, Gəncə, Şəki və Lənkəranda təşkil edilən sorğularda ümumilkdə 350 nəfərdən çox respondent iştirak edib. TTK-dən yararlanmış tələbələrin valideynləri, təhsil müəssisənin əməkdaşları və vətəndaşlarla keçirilən görüşlərdə maraqlı fikir və tövsiyyələr səsləndirilib. Fokus-qrup zamanı respondentlərin sualları cavablandırılıb, irəli sürülən təkliflər ətrafında müzakirələr aparılıb. Bundan əlavə müxtəlif sahələrdə fəaliyyət göstərən 15-ə yaxın ekspertdən keyfiyyət əsaslı tədqiqat rəyi alınıb.