İyul ayında PRIMA Consulting şirkətinin təşkilatçılığı ilə Şəki şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub. Xan sarayının ərazisində keçirilən “KOB Fest”də Şəki şəhəri və ətraf rayonlardan olan KOB subyektləri tərəfindən bölgəyə xas olan sənətkarlıq nümunələri, o cümlədən dulusçuluq, şəbəkə sənəti, papaqçılıq, misgərlik nümunələri, müxtəlif əl işləri, Şəki şirniyyatları, arıçılıq məhsulları, alkoqolsuz içkilər, konservləşdirilmiş məhsullar, yüngül sənaye məhsulları nümayiş olunub və satılıb.